Problem “Prius”da deyil, sürücülərdədir - FOTO

Müşahidələr göstərir ki, son günlər Bakıda yol qəzaları daha çox "Toyota Prius" markalı avtomobillərin iştirakı ilə baş verir. Ölkəmizdə sayı-hesabı bilinməyən bu maşınların əsasən taksi fəaliyyətinə cəlb olunması qəzaların artmasına gətirib çıxarır.
Azərbaycana gətirilən ikinci əl "Prius"ların qiyməti alıcılar üçün əl çatan olsa da, keyfiyyəti narahatlıq doğurur. Həm qəzaların çoxalması, həm də təhlükə vəd etməsi səbəbindən Yaponiya istehsalı olan nəqliyyat vasitələrinin taksi sistemindən uzaqlaşdırılması, hətta idxalının dayandırılması təklif olunur.
Bu barədə Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qəza törətməsinin səbəbi "Prius"lar deyil.
“Qəzaların baş verməsi sırf həmin maşınları idarə edən sürücülərin öz məsuliyyətsizliyindən, diqqətsizliyindən irəli gəlir. Belə ki, taksi operatoru olan şirkətlərdə aqreqator vasitə kimi smartfonlardan istifadə olunur. Bu səbəbdən taksi sürücülərinin diqqəti daimi olaraq 5-10, 12 saat ərzində həmin smartfonlarda qalır. Təbii ki, tıxac olan ərazilərdə diqqətin smartfonda olması qəza şəraitinə səbəb olur. Həmin taksi sürücüləri faktiki olaraq taksi operator şirkətləri tərəfindən istismar edilir. Onlar 24 saatın böyük əksəriyyətini taksi fəaliyyəti ilə məşğul olurlar, yuxusuz qalırlar. Qəzalara da məhz bu amillər səbəb olur”.

E.Cəfərov “Toyota Prius” markalı maşınların ölkəyə gətirilməsinin qadağan edilməsi təklifinə də münasib bildirib:
“Biz heç bir halda hansısa avtomobil modelinin qəzalara meyilli olmasını deyə bilmərik. Əslində həmin avtomobillər idaretmədə olduqca rahat, ekoloji təmiz avtomobillərdir. Baxmayaraq ki, bu avtomobillər köhnədir, amma yenə də qənaətbəxşdir. Burada söhbət məsuliyyətsiz və təcrübəsiz sürücülərdən gedir. Mən deyərdim ki, avtomobillərin gətirilməsi yox, həmin insanların taksi fəaliyyəti ilə məşğul olması qadağan edilməlidir. Bununla bağlı hətta Nazirlər Kabinetinin 2019-cu ildə qəbul olunmuş konkret tələbləri var. Bu tələb reqlamentə əsasən sürücülük təcrübəsi 2 ildən az olan şəxslərin və 23 yaşından aşağı olan insanların taksi fəaliyyəti ilə məşğul olması qadağandır
Eyni zamanda taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin mütləq şəkildə üzərində işıqlı taksi fənəri olmalıdır. Bunlar bir qisim tələblərdir ki, onlara əməl edilmir. Əlbəttə, belə olan halda taksi fəaliyyətində problemlər yaşanır”.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










