Prokuror Alimpaşa Məmmədova 13 il həbs istədi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsndə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib
Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham irəli sürülüb. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib. (qafqazinfo)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












