Qanunsuz fəaliyyət göstərən avtovağzallar var - DANX hərəkətə keçdi - VİDEO

Qanunsuz fəaliyyət göstərən avtovağzal rəhbərlərinə sərt xəbərdarlıq edilib. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib. O bildirib ki, rayonlarda fəaliyyət göstərən bəzi avtovağzallar qanunsuz işləyir. Onun sözlərinə görə, həmin avtovağzalları işlədən şəxslər avtovağzallarla bağlı əsasnamənin tələblərini kobud şəkildə pozurlar.
Rəis müavini qeyd edib ki, ölkə ərazisində ümumilikdə 56 avtovağzal var. Onlardan 16-sı pasportlaşma işlərini həyata keçirmədiyi üçün fəaliyyətləri qanunsuz hesab edilir.
Qeyd edək ki, qanunsuz fəaliyyət göstərənlər Gəncə şəhəri ilə yanaşı, Naftalan, Astara, Yevlax və daha 12 rayonlarda olan avtovağzallardır.
İbrahim Əliyev deyib ki, qanunsuz hərəkətlərin qarşısı alınacaq və məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işçi qrupu yaradılıb və regionlara ezam ediliblər. Tələblərə cavab verməyən avtovağzallar barəsində tədbir görüləcək.
Bu arada, regionlardakı avtovağzalların onlayn bilet satışı məsələsini də özündə ehtiva edən bir sıra məsələlərlə bağlı Xidmət tərəfindən hökumətə təkliflər göndərilib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












