Qarabağ qazilərinin nəqliyyat sahəsindəki problemləri müzakirə olundu - FOTO - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər” adlı layihə çərçivəsində müharibə iştirakçısı olan sürücülər, fiziki qüsurlu şəxslərlə və avtobus sürücüləri ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinin təlim mərkəzində baş tutan tədbirə “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov, ekspert Elməddin Muradlı, Qarabağ qaziləri İctimai Birliyinin təmsilçisi Rey Kərimoğlu sürücülər, müharibə iştirakçıları qatılıblar.
Çıxış edənlər bildirib ki, istər birinci Qarabağ, istərsə də Vətən müharibəsində iştirak edən qazilər dövlət tərəfindən pulsuz avtomobillər ilə təmin olunur. Müşahidələr göstərir ki, fərdi avtomobillərlə təmin olunan qazilərlə bağlı spesifik problemlər mövcuddur. Bu problemlər həmin qazilərin bəzilərinin hüquqi məzmunlu məlumatsızlığından və yol hərəkəti təhlükəsizliyinə laqeyd münasibətindən irəli gəlir. Belə ki, müharibə iştirakçıları və qazilərin bəziləri yanlış olaraq düşünürlər ki, onlara verilən avtomobillərin yollarda hərəkəti üçün xüsusi imtiyazlar mövcuddur. Nəticədə çoxlu sayda və kobud qayda pofdzuntuları edirlər və adlarına xeyli miqdarada cərimələr yığılır.
Müharibə iştirakçıları cəmiyyətin həssas təbəqəsi olduğu üçün onların bütün problemlərin həlli istiqamətində əməli işlərin görülməsi zəruridir.
Tədbirdə qaziləri və sürücüləri maraqlandıran suallar cavablandırılıb.
Nərmin Əkbər
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ




















