Qarabağ turları digər rayonlara təşkil olunan turların sayını azaldacaq? – Ekspert

Son zamanlar turlar ilə səyahət etmək geniş yayılıb. İstər ölkəxarici, istərsə də ölkədaxili turlara üstünlük verənlərin sayı çoxalır. Müxtəlif rayonlara turlar təşkil olunur və bu turlara da tələbat yetəri qədərdir. İşğaldan azad olunan torpaqlara da turlar təşkil olunmağa başlayıb.
Maraqlıdır, işğaldan azad olunan rayonlara turların təşkil olunması digər rayonlara səfərlərə necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, bu barədə Turizm eksperti Ceyhun Aşurov Valyuta.az-a bildirib ki, işğaldan azad olunan ərazilərə turların təşkil olunması digər rayonlara səyahət edənlərin sayını azaltmayacaq:
“Belə turların peşəkar formada keçirilməsi kifayət qədər yaxşı haldır. Qrup formasında olan zaman da turun qiyməti daha əlçatan olur. Artıq işğaldan azad olunmuş ərazilərə də belə turlar təşkil olunur. Gələcəkdə bu turlarla səfərlərin sayının artması digər rayonlara səyahət edənlərin sayının azalması demək deyil. Bu, tamamilə zövq məsələsidir. İnsanlar üçün işğaldan azad olunmuş ərazilərin həsrəti, oranı görmək istəyən, tarixi anlara şahidlik etmək istəyən kifayət qədər vətəndaşlarımız var. Amma bu, eyni zamanda seçim məsələsidir. Bu turlar digər rayonlara səfərlərin sayını azalmayacaq. Əksinə insanlar üçün yeni alternativlər yaranır, müxtəlif rayonları gəzməkdən, kəşf etməklə insanlar daha fərqli istirahət növlərini təcrübədən keçirmiş olacaqlar”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












