"Qarabağa girişi məhdudlaşdırılan sürücünün iddiaları əsassızdır"

İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılovun polis əməkdaşları tərəfindən Xocalı rayon ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı iddiaları yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovun işğaldan azad olunan əraziyə daxil olmasının məhdudlaşdırılması onun qanunsuz hərəkətləri ilə bağlıdır:
"İnşaat şirkətlərindən birində sürücü işləyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi cari ilin fevralın 12-də Əsgəran qəsəbəsində yoxlanılarkən avtomobildə oğurlanan bir sıra ehtiyat hissələri və maqnitofon aşkarlanıb. Həmin əşyalar ondan götürülərək aidiyyəti üzrə təhvil verilib. Törətdiyi əmələ görə sürücü R.İsmayılov və idarə etdiyi nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmaqla, onun işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı ləğv edilib və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, Y.İsmayılovun iddiaları əsassızdır, həqiqəti əks etdirmir".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












