Qarlı hava şəraitindən sonra Bakının yollarında çuxurlar niyə yaranıb? - AÇIQLAMA

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Bakıda bir neçə gün davamlı yağan qar nəticəsində avtomobil yollarında çuxurların yaranmasının səbəbləri barədə suallara cavab verib.
Ekspert deyib ki, su nə qədər həyat mənbəyi olsa da, yolun düşmənidir:

“Nə qədər ziddiyətli olsa da, belədir. Yola yığılan suyu vaxtında təmizləmək lazımdır ki, qalıb fəsad törətməsin. Çünki su avtomobil yoluna yığıldıqca yavaş-yavaş yolun alt təbəqəsinə keçir. Beton isə suyu ötürən maddədir. Su alt təbəqəyə yığıldıqdan sonra istər-istəməz fəsad yaradır. Gildirsə, şişir, quruyandan sonra yol çökür. Nəticədə, asfalt partlayıb dağılır. Eyni zamanda alt təbəqədəki materiallar çay materialı, çınqıl deyilsə, su keçirəndə boşalır, üzərindən yük keçəndə isə üst təbəqə asfalt və ya beton olsa belə, qırılır. Hansı avtomobil yolunda su yığılırsa, həmin ərazidə problem yaranır. Tikinti zamanı alt təbəqədəki materiallar əvvəlcədən nəzərə alınmayıbsa, yol üçün uyğun material istifadə edilməyibsə, yağışlı, qarlı havada problem yarada bilir”.(pravda.az)
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












