Qayda pozmadığı halda sürücü 50 manat cərimə olunub - VİDEO

Bakıda yolda müəyyən edilmiş sürətlə hərəkət edən sürücü radara düşüb. Avtosfer.az Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib.
Sürücü iddia edir ki, yanvar ayının 24-də özünə məxsus ''99-GO-477'' dövlət nömrə nişanlı kiçik tutumlu yük avtomobili ilə Sabunçu-Zabrat yolunda radara düşüb.
Sürücü deyir ki, qayda pozmadığı halda 50 manat məbləğində cərimə olunub. O, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə məlumat verib. Sürücüyə ordan bildiriblər ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yaxınlaşsın və şikayəti araşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Söhrab Cabbarova tərtib edilən elektron protokol araşdırılıb.
İdarədən bildiriblər ki, cərimə texniki səhvdir və ləğv ediləcək.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











