Qaz limiti ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR
Hər ilin sonunda abonentlərin qaz limiti yenilənir. İstehlak olunan qazın 1 kubuna görə ödənişlə bağlı 3 mərhələ təsdiq olunub.
Birinci mərhələ 1200 kuba qədərdir və bu rəqəmə qədər sərf olunan qazın 1 kubuna görə abonent 12 qəpik ödəyir. 1200-dən 2500 kubmetrə qədər olan aralıqda istifadə olunan qazın hər bir kubuna görə abonent 20 qəpik ödəyir. Abonent 2500-dən daha artıq istifadə olunan qazın hər bir kubuna görə isə 25 qəpik ödəyir.
Bəs bu il nə qədər abonent limiti keçib?
Referans.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, abonentlərin yarıdan çoxu limiti keçib:
““Smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, yəni 00.00-da sıfırlanacaq. Mexaniki sayğalar isə yanvarın 5-6-dək sıfırlanacaq. Abonentlərin 50,6 faizi isə limiti keçməyib. Geridə qalan abonentlər isə limiti keçmiş hesab olunur".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












