Qohum evi yoxdursa, yaxud qohum razı deyilsə? – DİN-dən qeydiyyatsız vətəndaşlarla bağlı AÇIQLAMA

Mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan, yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan vətəndaşlar sənəsləşdirmə işlərilə bağlı problem yaşayırlar. Belə ki, icbari sığortadan istifadə edərkən, bank əməliyyatlarını həyata keçirərkən, müavinət alarkən və s. hallarda qeydiyyat məsələsi aktuallaşır.
Bir neçə ay öncə DİN tərəfindən məlumat verilmişdi ki, bu kimi problemlərlə qarşılaşan vətəndaşlar yaxın qohumlarının razılığı ilə onların yaşadığı ünvana qeydiyyata alına bilərlər. Lakin bəzi vətəndaşların bu kimi imkanı yoxdur və nəticə etibarilə onlar heç bir ərazi üzrə qeydiyyata düşə bilmirlər.
Maraqlıdır, bu situasiyada vətəndaş nə etməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev qeydiyyat məsələsi ilə bağlı problem yaşayan vətəndaşların son olaraq məhkəməyə müraciət edə biləcəyini deyib:
“Əgər vətəndaşın qeydiyyat məsələləri ilə bağlı çətinliyi varsa, qohumunun evində qeydiyyata düşə bilmirsə, o zaman vətəndaş müvafiq qaydada polis orqanına müraciət edir. Polis orqanını ona verilən cavabından asılı olaraq vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə həmin şəxsin qeydiyyat məsələsini araşdırmaqla müvafiq qanuna uyğun tədbirin görülməsini təmin edir”.
DİN sözçüsü indiyədək qeydiyyat məsələsi ilə bağlı xeyli sayda problemin məhkəmələr tərəfindən həll edildiyini vurğulayıb:
“Qeydiyyat məsələsi bütün hallarda daxili işlər orqanlarının səlahiyyətində olan məsələdir, lakin Azərbaycan Respublikası vətəndaşının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna uyğun olaraq vətəndaşın qeydiyyatı ilə əlaqədar məsələlər ən son olaraq məhkəmənin səlahiyyətindədir. Yəni ən son məqamda şikayətlər məhkəmə tərəfindən həll edilir. İndiyədək yüzlərlə vətəndaşın bu istiqamətdə şikayəti həll olunub”
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb
Paytaxtda marşrut avtobusu ilə avtomobil toqquşub - VİDEO
“İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” - MEDİA-da dəyirmi masa - VİDEO
Bu marşrutun avtobusları YENİLƏNİR - Gedişhaqqı 60 qəpik olacaq
Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! - Monitorinq olacaq
Paytaxtın 22 küçəsində sıxlıq var - SİYAHI
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq








