"Rus sülhməramlıları Azərbaycandan çıxacaq" - Sensasion açıqlama - FOTO

Ermənistanda baş verən siyasi qalmaqal və Qarabağdakı son antiterror tədbirləri müxtəlif siyasi dairələrdə ciddi müzakirə olunur. Rusiyada da erməni mövzusu gündəmin ən çox müzakirə olunan mövzusudur. Rusiya mətbuatı bununla bağlı müxtəlif səpkili materiallar dərc edir.
Rusiyalı siyasi icmalçı, köşə yazarı Alexander Budbergin toxunduğu bəzi məqamları oxucuların diqqətinə çatdırır.

Budberq qeyd edir ki, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib və yorulub: "Rusiya sülhməramlısı da Azərbaycanı tərk edəcək. Rusiyada erməni lobbisinin maraqlarını güdənlər bundan sonra susacaq və sakit oturacaqlar. Aydındır ki, Azərbaycanda Qarabağın statusu müzakirə mövzusu deyil. Orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının statusu Azərbaycanın digər bölgələrində yaşayan əhalinin statusu ilə eyni olacaq. Ermənistanda bu məsələyə və baş verənlərə sakit yanaşırlar. Bunu İrəvan küçələrində etirazçıların sayından da görmək olar. Bu o deməkdir ki, hətta Ermənistan faktiki olaraq Qarabağ üçün ayrıca status iddiasında deyil. Deməli, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib". (konkret.az)
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












