Rusiya MN Xankəndinin adını böyük hərflərlə yazdı - FOTO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin gündəlik bülleteni yayımlanıb.
Avtosfer.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bülletendə Azərbaycanın Xankəndi şəhərinin adının böyük hərflərlə qeydə olunması diqqət çəkib.
Bülletendə deyilir:
“Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Sentyabrın 24-də XANKƏNDİ şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Azərbaycandan ibarət birgə qrup RMK hərbi qulluqçularının müşayiəti ilə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işləri davam etdirir.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün altı post, o cümlədən ikisi Azərbaycan tərəfi ilə birgə quraşdırılıb”.
Qafqazinfo

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












