Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı növbəti HÖRMƏTSİZLİK

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqında növbəti informasiya bülleteni yayıb.
Avtosfer.az xəbər verir ki, Rusiya tərəfininin oktyabrın 22-də yaydığı informasiya bülletenində Azərbaycanın əvvəlllər etdiyi etiraz və xəbərdarlıqlara bu dəfə də əhəmiyyət verilməyib.
Belə ki, informasiya bülletenində yenə də “Dağlıq Qarabağ” ifadəsi ilə yanaşı, erməni toponimlərindən də istifadə edilib.
Bildirilib ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
“Bakı ilə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və dinc əhaliyə münasibətdə humanitar hüquq normalarına riayət olunmasına yönəlmiş davamlı qarşılıqlı fəaliyyət dəstəklənir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb”, - deyə rəsmi informasiyada qeyd olunub.
Daha sonra informasiya bülletenində yer adaları kimi erməni toponimlərindən də istifadə olunub:
“19 sentyabr 2023-cü il tarixindən Rusiya sülhməramlılarının Əsgəran, Mardakert (Ağdərə yazılmalıdır), Martuni (Xocavənd yazılmalıdırr) və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Yol boyu hərəkətin təhlükəsizliyini təmin etmək üçün 7 post, o cümlədən 5-i Azərbaycan tərəfi ilə birgə quraşdırılıb”.
Sonda qeyd edilib ki, Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın əhali məskunlaşmış ərazilərinin elektrik enerjisi və qaz təchizatının bərpası istiqamətində işlər davam etdirilir.
Göründüyü kimi, mətndə əvvəllər olduğu kimi yenə də Xocavənd əvəzinə Martuni, Ağdərə əvəzinə Mardakert ifadələrindən istifadə edilib.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.
19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu bildirən rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin artıq həmişəlik bağlandığını bəyan edib.
Rusiya tərəfi isə görünür ki, hələ də bunu həzm edə bilmir.
Modern.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












