Yevlaxda baş tutacaq görüşün məqsədi AÇIQLANDI

Azərbaycanın mövqeyi bəllidir, dəfələrlə Prezident Administrasiyası səviyyəsində bəyan edilib.
Bunu jurnalistlərə açıqlamasında sabah Yevlaxda Qarabağın erməni sakinlərin nümayəndələri ilə görüşlə bağlı sualı cavablandıran Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Prezident Administrasiyası tərəfindən bir daha da bəyan edildi ki, əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrin tam tərksilah edilməsi, döyüş mövqelərindən və postlardan çıxaraq silahlarını yerə qoyması prosesinin tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi mülki əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha bəyan etmişik: “Bu, Azərbaycanın təşəbbüsüdür. Bu təşəbbüsü bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Amma onlar müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər”. (apa)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












