Sabahın hava proqnozu

Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











