Sahibə Qafarova yenə əsəbiləşdi - Bu dəfə işsizliyə görə
Gündəm
14 Dekabr 2021 16:21

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlının ölkədə işsizliklə bağlı fikirləri spiker Sahibə Qafarovanı əsəbiləşdirib. Avtosfer.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir: "Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır".
Spiker Sahibə Qafarova isə qeyd edib ki, parlamentdə heç bir qanun gurultulu qəbul edilmir: "Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bil hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi özümə icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim. Bura heç kim elə- belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm sözlərinizə sərhəd qoyun".
Xatırladaq ki, bundan əvvəl S.Qafarova dəfələrlə deputatlar tərəfindən səslənən fikirlərə narazılığını bildirib. Sonuncu dəfə millət vəkili Tahir Kərimli Milli Məclisin avtoparkının yenilənməsi haqda təklifi spikeri əsəbiləşdirmişdi.
Oxunub : 1610
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
6 Oktyabr 2026 12:11
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
6 Oktyabr 2026 12:00
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
6 Oktyabr 2026 10:30
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
6 Oktyabr 2026 08:19
Bu yollarda tıxac var - SİYAHI
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
5 Oktyabr 2026 11:06
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
5 Oktyabr 2026 11:00
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
5 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
ŞƏRH YAZ












