Şahin Bağırov: “Azərbaycan Ümumi Tranzit Konvensiyasına qoşulacaq”

Azərbaycan Ümumi Tranzit Konvensiyasına qoşulacaq.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən, Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması məsələsi vacibdir: “Çünki Türkiyə artıq bu konvensiyanın istifadəçisidir və Gürcüstan da yaxın gələcəkdə qoşulacaq. Bu imkan verəcək ki, Avropa İttifaqına və əks istiqamətə yükdaşımalar daha rahat formada həyata keçirilsin”.
DGK sədri qeyd edib ki, Azərbaycan malların müvəqqəti idxalı üzrə ATA karneti haqqında Konvensiyaya (ATA Konvensiyası) da qoşulmaq üzrədir: "Azərbaycanın milli qanunvericiliyinə əsasən, ölkəmizə müvəqqəti qaydada gətirilən mallar müəyyən gömrük rüsumlarından azad edilir. ATA konvensiyasındakı tələblər demək olar ki, bizim qanunvericiliyimizdə var. Lakin daha beynəlxalq səviyyəli alətlərin tətbiq olunması üçün bu konvensiyaya da qoşulmaq ərəfəsindəyik”.
(Report)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












