Şamaxı və İsmayıllıda yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb

İsmayıllı və Şamaxı rayonlarında şaxtalı hava şəraiti davam edir.
Avtosfer.az APA-nın yerli bürosunun istinadən xəbərinə görə, yolların buz başlaması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Ötən gecə Muğanlı-İsmayıllı dolayları, Ağsu aşırımı, Şamaxı-Pirqulu və Şamaxı-Göylər avtomobil yolları, İsmayıllı-Lahıc yolu buz bağlayıb. Hər gün yollaraa qum-duz qarışığı səpilsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Səhər saatlarında Muğanlı-İsmayıllı yolunun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yolda 50-dən çox maşın qalıb. Sərt enişli-yoxuşlu yollar və günəş işığı düşməyən dolaylar sürüşkən olduğundan, hərəkət edə bilməyən avtomobillər geri qayıtmaq məcburiyyətində qalıb.
Yol istismar idarəsinin işçiləri buz bağlayan ərazilərə qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Axşam saatlarına doğru yenə şaxta düşəcəyi ehtimal olunduğundan, sürücülərə ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri məsləhət görülür.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












