Samuxda narkotik satanlar tutuldu - FOTO

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 8 bükümdə ümumi çəkisi 8 kq 412 qram olan qurudulmuş marixuana və 1 bükümdə çəkisi 1 kq 135 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri tanımadığı şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI

















