Səkini işğal edən sürücü piyadaları qəzəbləndirdi - FOTO

Piyadalar üçün nəzərdə tutulmuş ərazidə avtomobilini saxlayan sürücü insanların hərəkətinə çətinlik yaratdı.
Avtosfer.az xəbər verir ki, piyadaların şikayətinə səbəb olan görüntülər dünən günorta saatlarında qeydə alınıb. Fotoşəkillərdən aydın olduğu kimi “Ravon”markalı, 99-PD-359 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 28 Mall yaxınlığında, daha dəqiq desək Füzuli küçəsində yerləşən Kapital Bankın önündəki səkini şəxsi avtodayanacağına çevirib. Nəticədə insanların həmin ərazidən istifadəsini məhdudlaşdıran sürücü uzun müddət avtomobilini burada saxlayıb.
Son zamanlarda bir-birindən geri qalmayaraq dayanma-durma qaydasına əməl etməyən sürücülər üçün bir daha qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə 20 manat cərimə ödəmək məcburiyyətindədirlər.
Nərmin Əkbər
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO













