Sərhəddə 712 min manatlıq mal saxlanıldı

Avtosfer.az xəbər verir ki, mart ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, saxlanılanlardan 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Gürcüstan və Litva vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7 halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 23 halda 10 kiloqram 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə aşkarlanmış, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilib, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası, 8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












