Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənəcək

Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənəcək.
Avtosfer.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin “Fərqlənmə nişanı” almaqla sadələşdirilmiş qaydada yerinə yetirilməsi ləğv olunacaq. Həmin şəxslər rüb ərzində 30% limit nəzərə alınmaqla, vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcəklər. Eyni zamanda dövriyyə 200 min manatı keçdikdə məcburən ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.
Sərnişin daşıma ilə məşğul olanlara (taksi istisna olmaqla) münasibətdə isə mövcud vergi rejimi saxlanılır. Bu şəxslərə göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir vergisinin) və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.
Qeyd edilib ki, yükdaşıma sahəsində dəyişikliklərdə məqsəd sui-istifadə hallarının qarşısını almaqdır. Çünki göstərilən xidmətlərin dəyərindən asılı olmayaraq biznesə göstərilən yükdaşıma xidmətlərinin vergi yükü sabit məbləğdə (avtomobilin yükgötürmə qabiliyyəti hər tona görə 1 manat olmaqla) müəyyən edildiyindən mövcud rejim vergi yükünü azaltmaq məqsədilə bu xidmətlərin alıcılara süni şəkildə ötürülməsinə münbit şərait yaradır, büdcəyə çatası verginin azalmasına səbəb olur, eyni zamanda pul vəsaitlərinin nağdılaşdırılması alətinə çevrilir.
Nəzərə çatdırılıb ki, 2022-ci ilin nəticələri üçün yalnız daşıma fəaliyyətini həyata keçirən və ƏDV və mənfəət rejimində olmayan subyektlər tərəfindən göstərilən xidmətlərin dəyəri 291 milyon manat olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












