"Şərqi Zəngəzur magistralı" hansı əhəmiyyətə malikdir? - Hüquqşünas AÇIQLADI

"Antiterror tədbirləri nəticəsində əldə olunan uğurlar Şərqi Zəngəzurun, xüsusən də Kəlbəcər rayonunun bərpası işinə yeni bir nəfəs verəcək."
Avtoafer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, Kəlbəcərin bərpası üçün tikinti materiallarının və digər yüklərin daşınmasında çox ciddi problem var idi.
"Ağır yük avtomobilləri ilə Murov dağını aşmaq çox çətin, bəzən mümkünsüzdür. Laçından keçib Kəlbəcərə getmək də həm kifayət qədər uzaqdır, həm də o istiqamətdə də yollar hələ ki, çox sərt aşırımlardan keçir. Amma Kəlbəcərin ən rahat və hələ sovet dövründən yeganə yolu olan Tərtər-Kəlbəcər yolu çox rahatdır və istənilən avtomobillə hərəkət mümkündür. Keçmiş Ağdərə rayonunda az bir ərazinin tam təmizlənməsindən sonra bu yolda hərəkət bərpa olunacaq. Bundan sonra Kəlbəcərə gediş-gəliş və rayonun bərpası sürətlənəcək."
Ərşad Hüseynov onun da əlavə edib ki, həm tunellər vasitəsilə Gəncə-Kəlbəcər yolunun, həm də Laçın-Kəlbəcər yolunun tikintisi sürətlə davam edir. "Şərti olaraq "Şərqi Zəngəzur magistralı" adlandıra bildiyimiz bu yol Araz vadisini Gəncəbasarala birləşdirən gözəl bir yol olacaq."
Leyla
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












