Səs verməyə belə gəldilər - FOTO

Türkiyədə hazırda prezident və parlament seçkiləri davam edir. İnsanlar seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.
Ölkənin müxtəlif yerlərində sağlamlıq problemləri olmalarına baxmayaraq, səs vermək üçün məntəqələrə gələnlər xüsusi diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sözügedən şəxslərin seçki prosesinə biganə qalmadıqlarını görmək mümkündür. Belə ki, Şanlıurfa şəhərində oksigen balonundan asılı yaşayan bir qadın səs vermək üçün oğlunun köməkliyi ilə məntəqəyə gəlib və seçki hüququndan istifadə edib.
Bununla yanaşı, hərəkət etməkdə çətinlik çəkən bir neçə seçici məntəqəyə xərəkdə gətirilib.
Bu şəxslərdən biri də Eskişehirdə yaşayan 87 yaşlı Mustafa Uzundur. O, təcili yardım avtomobili ilə seçki məntəqəsinin qurulduğu məktəbə gedib.
Zonquldakda isə 110 yaşlı Safiye Kurtoğlu səhhətinin yaxşı olmamasına baxmayaraq, ailəsinin yardımı ilə səsvermədə iştirak edib. (qafqazinfo)





Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












