Sosial şəbəkəni çalxalayan xəbər: AZAL yayılan məlumatlara aydınlıq gətirdi - VİDEO

Sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarələrdə pəncərə kənarındakı yerin bilet qiymətinin digər oturacaqlara nisbətən daha baha olduğuna dair görüntülər yayılıb. Sözügedən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı AZAL-dan bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır:
"Bu, yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə bir xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. Həmçinin eyni bron daxilində olan ailə üzvləri, yaxud sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın tərkib hissəsidir".
Daha ətraflı Baku TV-nin süjetində:
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












