Sumqayıtda evə silahla hücum edən şəxsin FOTOSU

Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək iki nəfəri qətlə yetirməkdə, daha dörd nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib.
Bundan sonra polisin həyata keçirdiyi əməliyyatla Müşfiq Tağıyev saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi silah götürülüb.
İlkin araşdırmalar zamanı Müşfiq Tağıyev evinə basqın etdiyi Dağbəyi Fərəcovun İsveçrədə yaşayan oğlu Anar Fərəcovla ədavətinin olduğunu deyib. O, illər əvvəl Anarla arasında münaqişənin olduğunu və onun ölkəyə qayıtmasını öyrəndikdən sonra yaşadığı evə basqın edərək Anarı qətlə yetirmək istədiyini bildirib.
Lakin hadisə vaxtı Anar Fərəcov evdə olmayıb. Nəticədə qapını açan Dağbəyi Fərəcov və səsə çıxan qızı Suzana Karakaş aldıqları güllə yarasından vəfat edib. D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, kürəkəni Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – polis zabiti Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb.
Müşviq Tağıyevin əlində silahla kameraya düşən görüntüsünü təqdim edirik.
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ











