Ailəyə hücum edən şəxs evi də yandırıbmış - YENİ DETALLAR - YENİLƏNİB

Sumqayıtda evə silahlı hücumla bağlı daha bir maraqlı məqam üzə çıxıb.
İTV-yə danışan qonşu Rövşən Novruzov bildirib ki, səsə evdən bayıra çıxıb. R.Novruzov qonşusu Dağbəyi Fərəcovun yıxıldığını görüb:
“D.Fərəcov dedi ki, təcili yardım çağırın. Biz gələndə evə hücum edən şəxs evi də yandırmışdı”.
***
Sumqayıtdakı dəhşətli qətl bu səbəbdən baş verib - TƏFƏRRÜAT
Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.
Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs kameraya düşüb. Görüntülərdə 1 nəfər şəxsin (kişi) əlində silahla küçədə Dağbəyi Fərəcova məxsus evə yaxınlaşması əks olunub. Həmin şəxs qapının açılmasından sonra ardıcıl atəş açmağa başlayıb.
İlkin ehtimallara görə, cinayəti törədən şəxsin əsas məqsədi D.Fərəcovun kürəkəni Serkan Karakaşı qətlə yetirmək olub. Belə ki, S.Karakaş Bakıda bir neçə yerdə dönərxana açaraq işlədirmiş. Onun biznes fəaliyyəti ilə bağlı münaqişəsinin olması istisna edilmir. Hadisəni törədən şəxsin də Serkan Karakaşın qaldığı yeri öyrənərək onu və ailə üzvlərini qətlə yetirmək qərarına gəlməsi güman edilir.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












