Şuranın yaradılması haqqında Sərəncam nəqliyyat sisteminin təkmilləşməsinə yönəlmiş qərardır - Ekspert

Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam ölkəmizdə nəqliyyat sisteminin tənzimlənməsinə və təkmilləşməsinə yönəlmiş bir qərardır. Mobilliyin təmin olunması, yol və nəqliyyat infrastrukturunun inkişafı, yol hərəkətinin təşkilinin və təhlükəziliyinin tənzimlənməsi vacib bir sahədir. Həmçinin nəqliyyat qurumlarının bir-biri ilə koordinasiyalı işləməsi də önəmlidir. Bu Sərəncam öz-özlüyündə həmin əlaqəni təmin edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlmasında Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı söyləyib.
“Düşünürəm ki, Əlaqələndirmə Şurasının fəaliyyəti xüsusi proqram üzrə həyata keçiriləcək. Bu da bütün aidiyyəti orqanların gördükləri işlər barədə məlumatların vaxtında paylanılmasına gətirib çıxaracaq. Nəticədə digər üzvlər də məlumatlarla tanış olacaqlar”, - deyə E. Muradlı bildirib.
Ekspertin fikrincə, Əlaqələndirmə Şurasının olmaması indiyədək müəyyən problemlərə gətirib çıxarırdı. Bundan sonra hər bir nəqliyyat təşkilatı görülən və görüləcək işlər barədə əvvəlcədən məlumatlandırılarsa, bu da öz müsbət təsirini göstərək. Sözsüz ki, vahid bbir idarəetmə sisteminin təməli qoyulur. Əminliklə deyə bilərik ki, bu Şura sayəsində proseslərin tək bir mərkəzdən idarə olunması nəticəsində çox yaxın zamanlarda yol və nəqliyyat ilə bağlı bütün istiqamətlərdə inkişafın şahidi olacağıq.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










