Sürücü bank işçisinin sifətinə bıçaqla xəsarət yetirib - Bakıda
Gündəm
4 Fevral 2020 16:37

Sərkərov 17-ci Polis Şöbəsinə təhvil verilib
Bakının Nərimanov rayonu ərazisində yerləşən bankın işçisinin sifət nahiyəsinə bıçaqla xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib. Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.
N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.
Namiq Musayev
Oxunub : 1004
DİGƏR XƏBƏRLƏR
7 Sentyabr 2026 14:48
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
7 Sentyabr 2026 14:00
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
7 Sentyabr 2026 13:48
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
7 Sentyabr 2026 13:18
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
7 Sentyabr 2026 11:30
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
7 Sentyabr 2026 10:30
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
7 Sentyabr 2026 09:09
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
7 Sentyabr 2026 08:39
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
6 Sentyabr 2026 19:00
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
5 Sentyabr 2026 17:34
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
4 Sentyabr 2026 21:00
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
4 Sentyabr 2026 18:02
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
ŞƏRH YAZ










