Sürücülər tıxaclar barədə məlumatlandırılacaqlar

"Mədəniyyət və Turizm Nazirliyi sürücüləri avtomobil yollarındakı tıxaclar barədə məlumatlandırmağın yeni metodunu tətbiq edib".
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bunu brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov deyib.
Onun sözlərinə görə, yeni metod radiokanalların FM-tezliklərindən istifadəni nəzərdə tutur ki, bu da GoMap.az elektron xəritəsində avtomobil tıxaclarını interaktiv əks etdirməyə imkan verəcək.
gomap.az elektron xəritəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SİNAM şirkəti tərəfindən hazırlanıb.
Q.Abbasov qeyd edib: "GPS-məlumat internet və SMS ilə göndərilir ki, bu da xərc yaradır. Buna görə də FM-kanalların istifadəsini nəzərdə tutan yeni metod tətbiq edilib. Bununla da informasiya axını radiokanal vasitəsilə ötürülür ki, bu da heç bir xərc tələb etmir".
Onun sözlərinə görə, təcrübədə tıxaclar avtomobillərin radio qəbulediciləri vasitəsilə aşkar edilir: "Avtomobil yolunun bu və ya digər hissəsində tıxacın olması yolda hərəkətin sıxlığı ilə müəyyənləşdirilir. Avtomobillər yolun bu və ya digər hissəsində müəyyən vaxt dayanır ki, bu da avtomobil tıxaclarının olmasından xəbər verir. Tıxaclar haqqında bütün məlumat avtomatik olaraq elektron xəritədə əks olunacaq".
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












