Sürücülərin diqqətinə! Mayın 15-dən etibarən ... - VİDEO

Daxiliyanma mühərrikli avtomobillərin düzgün işləməməsi atmosferə ciddi təsir edir.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.
Avtomobil mütəxəssisi Sahil Ağabəyli hesab edir ki, mühərrikdə bir neçə detala vaxtında qulluq etmək lazımdır. Əks halda, mühərrikdən atmosferə xaric edilən dəm qazının miqdarı çox olur. Bəs dəm qazının normada olması üçün sürücü nə etməlidir?
Bəzi avtomobillərin katalitik-çeviricisi, yəni ''katalizator''u nasaz olduğu üçün sürücülər tərəfindən çıxarılır. Sahil Ağabəyli deyir ki, katalizatoru olmayan avtomobillərdən dəm qazı normadan artıq çıxır. Usta hesab edir ki, katalizatorun sıradan çıxmaması üçün vaxtında yanacağa qatqı əlavə edilməlidir. Çünki avtomobilin qeyri-müntəzəm işləməsi təkcə atmosferə zərər vurmur.
Qeyd edək ki, mayın 15-dən etibarən bir ay boyunca ölkə ərazisində ''Təmiz hava'' aylığına başlanacaq. Normadan artıq tullantı ixrac edən avtomobillərin sahibləri 50 manat məbləğində cərimə olunacaqlar.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












