Sürücülərin həyatını təhlükəyə atan yol - "Siqnal dərdi" nə zaman bitəcək? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın Məhəmməd Hadi küçəsində müşahidə olunan nəqliyyat problemi diqqətə çatdırılıb. Bildirilib ki, küçənin Babək prospektinə yaxın hissəsində, metronun "Əhmədli" stansiyası istiqamətində günün müxtəlif saatlarında ciddi sıxlıq yaranır.
Qeyd olunub ki, sıxlığın əsas səbəbi düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin çoxluğu və bunun fonunda üç hərəkət zolağından birinin yalnız sola dönüş üçün ayrılması, digərinin isə ictimai nəqliyyat üçün nəzərdə tutulmasıdır. Sakinlərin şikayətlərinə görə, ərazidə yaranan sıxlıq avtomobillərin tez-tez siqnal verməsinə səbəb olur və bu hal ətrafda yaşayanların narahatlığına yol açır. Əlavə edilib ki, avtobus zolağının döngədən dərhal sonra başlaması və işıqforun buraxıcılıq qabiliyyətinin aşağı olması sıxlığın artmasına təsir göstərən amillər sırasındadır.
Daha ətraflı videomaterialda:
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












