Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək - Komitə

Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.
"Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür. Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür. Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə mövcuddur. Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq. Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir", - deyə İlqar İsbatov vurğulayıb.(apa)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












