Taksi fəaliyyəti üçün qeydiyyat prosesi necə gedir?

Uzun illərdən sonra taksi fəaliyyəti üçün icazələrin alınması prosesinə başlanılıb. Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artıq 600-dən çox sürücünün taksi fəaliyyəti üçün müraciət edərək icazələr əldə etməsi ilə bağlı məlumat yayıb.
Görəsən bir ay ərzində bu qədər taksinin qeydiyyatdan keçməsi ümumi statistik göstəriciyə görə normaldırmı? Yaxın vaxtlarda ölkədə taksi qıtlığı, tapılmaması kimi hallarla rastlaşa bilərikmi?
Ya arayışı alanların sayı azdır, ya da...
Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, taksilər üçün nəzərdə tutulan sənədlərin verilməsi prosesi artıq başlasa da təəssüflər olsun ki, bəzi sürücülər yenə öz məsuliyyətsiz davranışları ilə diqqət çəkirlər. Onlar digər proseslərdə olduğu kimi, həmişə sonuncu günü gözləyirlər. 3-5 gün qalmış sənəd arxasınca getməyə başlayırlar. Belə olduqda da növbələrdə sıxlıq yaranır. Bəziləri nə isə dəyişiklik ola biləcəyini ehtimal edir. Amma hansısa dəyişikliyin olacağı gözlənilmir. Çünki bundan öncə çox güzəştlər olsa da, heç bir uğurlu nəticə əldə olunmadı. Əksinə, bu sahədə daha böyük xaos yarandı. Prosesin başladığı bir ay ərzində 600 nəfər taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçib. Bu həqiqətən də yaxşı göstərici deyil. Düzdür, sənədləri almaq asan başa gəlmir. Çünki bunun üçün təlimlər keçməli, sertifikat almalı, sağlamlıq arayışı və digər sənədləri əldə etməlidirlər. Ancaq belə görünür ki, ya sürücülər arasında sağlamlıq arayışını ala bilənlərin sayı azdır, ya da ortada başqa ciddi səbəblər var.
Qeydiyyatdan keçməsə də taksi xidməti göstərən sürücülər...
Ekspert qeyd etdi ki, qeydiyyatdan keçməyən lakin taksi xidməti göstərən sürücülər barəsində isə tədbirlər görüləcək və cərimələr yazılacaq. Hazırda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində 40-50 manat cərimə tətbiq olunur. Bu proses təbii ki, taksi sayına təsir göstərəcək. Ona görə də bu işlərlə paralel ictimai nəqliyyatı da inkişaf etdirmək lazımdır ki, taksilərin sayının azaldılması təbii proses kimi getsin. Onda yaxşı effektiv bir nəticə əldə oluna bilərdi. İndi ictimai nəqliyyat azdır, intervallar pozulur, vətəndaşlar vaxtında gedib lazımi ünvana çata bilmir. Taksilərin sayı isə digər tərəfdən azaldılır. Bu halda insanların gündəlik qarşılaşdığı problemin həllinin necə olacağı sual altında qalır.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










