Taksi sürücüləri etiraz aksiyası keçirir - Polislə toqquşma olub

Fransada taksi sürücüləri yeni qaydalar və tariflərə etiraz olaraq aksiya keçirirlər. Yüzlərlə taksi sürücüsü Parisin mərkəzinə toplaşaraq, cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə qarşı narazılığını bildirib. Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, şəhər mərkəzində toplaşan etirazçılarla polis arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları avtomobillərini tərk edərək yollarda baryerlər qurublar, zibil qutularını yandırıblar.

Polis blokadalarına baxmayaraq, sürücülər hökumət binalarına doğru hərəkət etməkdə israrlıdırlar. Əyalətlərdə də taksi sürücüləri əsas magistral yollar və tunel girişlərində maneələr yaradaraq etirazlarını davam etdirirlər. Bəzi şəhərlərdən sürücülər aksiyaya dəstək məqsədilə Parisə axışırlar. Milli Taksi Federasiyası (FNDT) mayın 23-dək Paris, Po və Marsel şəhərlərində yeni etiraz aksiyalarının keçiriləcəyini elan edib. Federasiya Parisdə toplaşacaq taksilərin əsas hədəflərinin Raspail bulvarı (Nəqliyyat Nazirliyinin yaxınlığı), dəmir yolu vağzalları və hava limanları olduğunu bildirib. Mayın 24-də isə əlavə tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Taksi sürücülərinin etiraz aksiyalarının mayın 23-dək davam edəcəyi qeyd olunur.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










