Tallinndə trolleybus xətləri ləğv olunacaq

2035-ci ilədək Estoniyanın paytaxtı Tallinndəki bütün növ ictimai nəqliyyatlar elektrik enerjisi ilə işləyən nəqliyyatlarla əvəz olunacaq. Sərnişinlərə yalnız elektrik avtobusları və tramvaylar xidmət göstərəcək. Bu səbəbdən də ölkədə trolleybus xətləri ləğv olunacaq.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu dəyişikliklər ictimai nəqliyyatın ekoloji təmizliyini artırmaq məqsədilə Tallinin qəbul etdiyi kurs çərçivəsində reallaşacaq. Birinci mərhələdə 2025-ci ilədək dizel yanacağından imtina prosesi gerçəkləşəcək.
Bunun üçün şəhər rəhbərliyi qaz mühərriki ilə çalışan 350 avtobusun alınmasına dair saziş imzalayıb ki, onlardan da 100-ü artıq bu il xəttə buraxılacaq.
Qarşıdakı on il ərzində trolleybusların şəhər küçələrində fəaliyyəti tədricən dayandırılacaq.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












