Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA

“AMAY” ticarət mərkəzinin yerləşdiyi bina ətrafdakılara təhlükə saçmaqda davam edir.
Belə ki, binadan növbəti dəfə daş parçaları qoparaq ərazidə olan avtomobillərin ətrafına səpələnib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, binanın illərdir baxımsız olması ticarət mərkəzinin qəzalı vəziyyətə düşməsi ehtimalını artırıb.
Ətrafdakıların potensial ölüm mənbəyinə çevrilən “AMAY” ticarət mərkəzində bu vəziyyət ötən il də gündəm olmuşdu. Ticarət mərkəzinin yerləşdiyi küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşmüşdü. Nəticədə vətəndaş çiynindən xəsarət almış, avtomobilə isə ciddi ziyan dəymişdi.
İddialara görə “AMAY” ticarət mərkəzi günü-gündən baxımsızlıqdan dağılır. İki xoşagəlməz olay itkisiz nəticələnsə də, problem aktual olaraq qalır.
Bəs təhlükəli vəziyyətə düşən “AMAY” ticarət mərkəzinin binası niyə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülmür? Ümumiyyətlə, binanın təmirə ehtiyacı varmı?
Bizim.media xəbər verir ki, məsələ ilə bağlı “AMAY” ticarət mərkəzi ilə əlaqə yaratmaq mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qeyd olunan məsələ üzlük materialının (aqlay) qopması ilə bağlıdır:
“Həmin bina uzun müddətdir istismar olunur. Binada müxtəlif mağaza və digər obyektlər fəaliyyət göstərir. Orada vaxtaşırı cari təmir işlərinin aparılması bilavasitə sahibkarın məsuliyyətidir. Üzlük materialının qopması binanın qəzalı olması anlamına gəlmir. Binada müayinə aparılması üçün aidiyyəti üzrə müraciət daxil olmayıb”.
Məlumat üçün bildirək ki, “AMAY” ticarət mərkəzində, eyni zamanda, vətəndaşların mütəmadi olaraq müraciət etdikləri 2 saylı “ASAN xidmət” və ABB-nin də filialı yerləşir.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










