Təhlükə mənbəyinə çevrilən körpü - VİDEO

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1962-ci ildə istismara verilən körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.
Körpü tikilərkən, onun konstruksiyası həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zamanla nəqliyyatın intensivliyinin dəfələrlə artması körpünün konstruksiyasında müəyyən problemlər yaradıb.
Yol hərəkəti üzrə ekspert Eldar Bəşirovun sözlərinə görə, körpünün istismar müddəti bitdiyindən yenidən təmir olunsa belə onu sadəcə 10 % bərpa etmək mümkündür:
Bu baxımdan körpünün sökülməsi daha məqsədəuyğundur. Əgər yerində yeni körpü salınarsa bu isə müasir standartlara cavab verməlidir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, körpünün sökülüb- sökülməməsi ilə bağlı hazırda hansısa bir qərar olmasa da 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə körpüyə baxış keçirilib:
“Baxış zamanı körpünün ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmədiyi və riskli olduğu bəlli olub. Testin nəticəsinə uyğun olaraq isə belə qərara gəlinib ki, körpü təhlükəsizliklə əlaqədar artıq sökülməlidir”.
Qeyd edək ki, sözügedən yolötürücüsünün yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun olaraq layihələndirilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.
Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.
Ətraflı süjeti təqdim edirik:
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










