Təyyarə qəzasında sağ qalan yoxdur - Tramp açıqladı

“Təəssüf ki, Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
“Biz yas tutur və dua edirik və bütün vətəndaşlardan xahiş edirəm ki, bir dəqiqəlik sükutla mənə qoşulsunlar, həlak olanların yaxınlarına başsağlığı veririk. Bu fəlakətin necə baş verdiyini öyrənəcəyik və bir daha belə bir şeyin təkrarlanmamasını təmin edəcəyik”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, qəza ilə bağlı təhlükəsizlik qüvvələrinin xüsusi araşdırma prosesi başlayıb:
“Biz sizin hamınızın hiss etdiyi əzabları təsəvvür edirik. Ürəyimiz sizinlə birlikdə parçalandı. Bu, ölkəmizin paytaxtında və xalqımızın tarixində qaranlıq və dözülməz bir gecə, dəhşətli bir faciə idi”.
Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











