Tramvayların paradı - VİDEO

Moskva tramvay paradı təşkil olunan nadir dünya şəhərlərdən biri, bəlkə də yeganəsidir. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Rusiya paytaxtının buna mənəvi haqqı var. Moskvada İlk tramvay xətti nə az-nə çox, düz 116 il bundan öncə, çar Rusiyası dövründə istifadəyə verilib.
O zamanlar bu konkilər atlarla hərəkətə gəitirlilirmiş. Paradda yarandığı gündən bu günə kimi, bu estetik şəhər nəqliyyatının keçdiyi inkişaf yolunu aydın görmək olar. At arabalarından az fərqlənən konkilərdən, müasir kondisionerli, səssiz qatarlara kimi, maraqlı, təkrarolunmaz bir tarix.
Parkın bir tərəfində köhnə artıq tarixdə öz yerini tutmuş, digər tərəfində isə müasir görünüşlü, yeni istehsal edilmiş tramvaylar sərgilənirdi. Parada tamaşaya gələnlərin axını da sanki, bu prinsiplə tənzimlənirdi. Yaşlılar, köhnələrə tərəf tələsir, keçmişə səyahət etmək istəyirlər. Gəncləri isə yaxın illərdə şəhərdə görə biləcəkləri yeni tramvaylar cəlb edirdi.
Amma Moskva tramvayı sakinlərin nostalji hisləriylə razılaşmaq fikrində deyil. O, sürətlə dəyişir, müasirləşir. Moskva şəhər rəhbərliyi 2016-cı ildə Avropada ekoloji cəhətdən ən təmiz tramvay və trolleybuslarından istifadə etməyi qarşısına məqsəd qoyub.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










