“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM BA) bu nəqliyyat marşrutunun 2025-ci il üzrə büdcəsi təsdiq edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı keçirilib.
Büdcəyə əsasən, bu il üçün Assosiasiyasının gəlirləri 1 milyon 200 min 959 ABŞ dolları həddində proqnozlaşdırılır: Bunun 560 min ABŞ dollarını daimi üzvlərin üzvlük haqları, 359 min 680 ABŞ dollarını assosiativ üzvlərdən üzvlük haqqları, 147 min 189 ABŞ dollarını debitor borclar və 134 min 90 ABŞ dollarını ilin əvvəlinə pul vəsaitlərinin qalığı təşkil edir.
Hesabat dövründə inzibati xərclərə 797 min 202 ABŞ dollarını, marketinq xərclərinə 167 min 160 ABŞ dollarını, təmsilçilik xərclərinə 121 min 261 ABŞ dolları və ezamiyyət xərclərinə 115 min 336 ABŞ dollarının yönləndirilməsi planlaşdırılır.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











