Türkiyənin siyasətçiləri səs verdi

Türkiyədə siyasətçiləri prezident və parlament seçkilərində səs veriblər.
Cümhuriyyət Xalq Partiyası (CHP) Kamal Kılıçdaroğlu Ankarada “Arjantin” orta məktəbində səs verib.
"Bundan sonra ölkəyə bahar gələcək və bu bahar əbədi davam edəcək", - K.Kılıçdaroğlu jurnalistlərə deyib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu İstanbulun Beylikdüzü ərazisində səsvermə hüququndan istifadə edib. O, keçirdiyi brifinqdə bildirib ki, səsvermənin nəticələrinin hər kəs üçün uğurlu olmasını arzulayıb: "Çox şey deyə bilmərəm, amma ehtiyac yoxdur. Seçki prosesində iştirak edən hər kəsə təşəkkür edirəm".
“İyi Parti” sədri Meral Akşener İstanbuldakı Hacı Sabancı adına lideydə səsverməyə qatılıb. Xanım siyasətçi media nümayəndələrinin suallarını cavablandırarkən vurğulayıb ki, seçki kampaniyası uğurlu olub: "Hər şeyi səsvermənin nəticələri müəyyən edəcək. Hər kəs xalqına qərarına hörmət etməlidir".
Ankarada səs verən ATA İttifaqından namizəd Sinan Oğan isə hər kəsi səsvermə prosesinə çağırıb: "Xahiş edirəm, hamı səs versin. Qoyun, bu seçkini bayram əhval-ruhiyyəsində keçirək".
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan stanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb. (report)
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










