Usta şagirdini mühərrik kəməri ilə döydü - FOTO

Türkiyənin Konya şəhərində avtomobil təmirçisi vəhşicəsinə döyülüb. DHA-nın xəbərinə görə, 33 yaşlı Fateh S. adlı usta yanında işləyən 16 yaşlı M. A. adlı yeniyetmə tələbəsini döyüb. Belə ki, M.A. Fateh S.-nın yanında işləyən zaman təmir alətlərindən birini əlindən yerə salıb. Usta buna görə onu mühərrik kəməri ilə döyərək yaralayıb.
Qohumunun köməyilə oradan çıxan M. A. hadisə ilə bağlı polisə şikayət edib. Hadisəni törədən Fateh S. isə saxlanılsa da, iddianı qəbul etməyərək, ona böhtan atıldığını bildirib və sərbəst buraxılıb.
Sonradan ailənin vəkili M. A.-nın hadisədən sonra əsəblərinin pozulması, psixoloji müalicə edilməsini əsas gətirərək etiraz edib. Fateh S. məhkəmə qərarı ilə tutulsa da, onun həbsdə qaldığı müddət və istintaqdan yayınma ehtimalının olmaması səbəbi ilə azadlığa buraxılıb. O, məhkəmədə verdiyi ifadədə M. A.-nın daima təmir əşyalarını sındırdığını deyib:
“Həmişə təmir əşyalarını sındırırdı, burada yazıq vəziyyətdə olan mənəm. Cəmi iki şillə vurmuşam”, - usta deyib.
oxu.az
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












