Vaqif Xaçatryanın azərbaycanlılara qarşı etdikləri - İTTİHAM AKTI - VİDEO

Xocalının Meşəli qəsəbəsində azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryana qarşı ittiham aktının bəzi hissələri məlum olub.
Avtosfer.az-ın məlumatına əsasən, bununla bağlı Xaçatryanın məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərkən deyib.
İttiham aktında göstərilib ki, Vaqif Xaçatryan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlib və Xankəndi Şəhər Polis (keçmiş milis) İdarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Məmməd İslam oğlu Kazımov və Zakir Novruz oğlu Novruzovun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər beş üzvü ilə birlikdə daxil olub, onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.
Bildirilib ki, o bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub, döyüb.
“Daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib və üzərində olan bıçağı nümayiş etdirərək: “Sizin hər birinizin bir yerinizi kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz”, - sözlərini işlədib, Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub.
Zərbənin təsirindən yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynaq proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib, “Qoy it kimi canın çıxanadək qanın axsın” sözlərini işlədib”, - deyə ittiham aktında bildirilir.
Xatırladaq ki, Vaqif Xaçatryanın məhkəmə istintaqı Bakı Hərbi Məhkəməsində aparılır.
oxu.az
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








