Xaçmazda Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır - VİDEO

Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşasına başlanılır.
Avtosfer.az xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada körpüsü inşa olunur. Həmin piyada keçidi köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə olacaq.
“Bu barədə qərar verilib. Əraziyə də baxış keçirmişik. Günün sonuna kimi piyadalar üçün çayın hər iki istiqamətinə keçid təmin olunacaq. Bunun üçün, çayın münasib hissəsində suyun boruların içərisindən axması təmin olunacaq. Həmin boruların üzərindən isə piyadalar üçün müvəqqəti yol salınacaq”, - deyə Anar Oruclu bildirib.
Qudyalçay üzərində yeni avtomobil körpüsünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur.
Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.
AZƏRTAC
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI










