Xankəndidəki partlayışı kim törədib? - Şahramanyan açıqladı

Xankəndidə partlayış məntəqədə deyil, "ordumuzun" yanacaq anbarında baş vermişdi.
Bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin keçmiş "prezidenti" Samvel Şahramanyan deyib.
Separatçı lider erməni sakinlərin diqqətsizliyi ucbatından partlayışın olduğunu bildirib: "Partlayış "müdafiə nazirliyi"nin anbarında baş verdi. Biz orada yanacağı istifadə üçün saxlayırdıq, lakin edə bilmədik. İnsanlar diqqətsiz və nəzarətsiz şəkildə, təhlükəsizlik qaydalarına əməl etməyib maşınlarına yanacaq yükləmək üçün anbara eniblər. Onlar yanacağı özləri çıxarmağa çalışıblar. Qaydalara riayət etmədikləri üçün də bu partlayış oldu və çox sayda insan həyatını itirdi. Biz onların hər birinin Ermənistana gedə biləcəklərini demişdik. Lakin onlar özləri maşınları ilə getmək üçün anbardan yanacaq almağa çalışdılar. Ermənistan İstintaq İdarəsində məsələ ilə bağlı araşdırma aparılır". (Globalinfo.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












