Xurma çəyirdəyində narkotik

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.
Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












