Yağışdan sonra Bakı küçələrindən axan kanalizasiya suları - VİDEO

Bu gün səhər saatlarında Bakıda yağan güclü yağışdan sonra şəhərin bəzi küçələrində kanalizasiya sularının daşması müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə "Memar Əcəmi" metro stansiyasının yaxınlığında, 211 saylı məktəbin ətrafında kanalizasiya sularının küçələrə axdığı əks olunub.
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.az-a bildirilib ki, sözügedən ərazidə kanalizasiya tutulması olub və problem aradan qaldırılıb.
"Bakı şəhərində yağış sularının idarəolunmasında yağış və kanalizasiya kollektorlarından istifadə edilir. Hər 2 növ kollektor mütəmadi olaraq təmizlənir, axımlılığı daim nəzarətdə saxlanılır. Fasiləsiz aparılan bu proses yağışlar zamanı daha da operativ şəkildə icra olunur.
Hazırda paytaxtın yağış kollektorları azlıq təşkil etdiyindən yağış suları əsasən kanalizasiya xətləri vasitəsilə axıdılır. Onu da qeyd edək ki, axıntılar müxtəlif sutəmizləyici qurğulara daxil olur, təmizləndikdən sonra dənizə axıdılır. Şəhərdə yağış kollektorlarının az olması bəzi hallarda xətlərin daşmasına səbəb olur. "Bakı və Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Plan"ına uyğun olaraq paytaxtda yeni kollektorların qurulması nəzərdə tutulur", - deyə məlumatda vurğulanır.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












