Yaşar Seyidov qəza haqqında hadisəni uydurub

“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovun adı növbəti dəfə xoşagəlməz hadisədə hallandı. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu dəfə onun yalanı aşkar edilib.
Dünən Zaqatalada “Simurq” və “Bakı” dublyor komandalarının görüşü olmalı idi. Amma “Bakı” futbolçuları Zaqatalaya gəlməyiblər.
“Bakı”nın icraçı direktoru Yaşar Seyidovdan PFL-a (Peşəkar Futbol Liqası) futbolçuların Şamaxı yolunda qəzaya uğradıqları barədə məlumat daxil olub. Daha sonra isə Seyidovun bu məlumatı “Bakı”nın 0:3 texniki məğlubiyyəti almaması üçün uydurduğu aşkarlanıb.
Ehtiyatçıların baş məşqçisi Məqsəd Yaqubəliyev bəyan edib ki, maliyyə problemləri ucbatından futbolçular Zaqatalaya gələ bilməyiblər.
“Bakı” 0:3 texniki məğlubiyyəti alacaq.
Xatırladaq ki, daha öncə Yaşar Seyidov əsas komandanın baş məşqçisi İbrahim Uzunca ilə mübahisə etmişdi.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












