Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb - FOTO

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirdiyini bildirib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət edilib. O, paytaxtın “Tarqovı” kimi tanınan ”Nizami” küçəsində içərisində bank kartları, sənədləri və 980 manatı olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Həmin gün axşam saatlarında DİN-in “102” Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.
Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu Polis Bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib.
Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və qeyd edilən məbləğ olan pulqabıdır.
H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini qeyd edib.
Hər iki şəxs 9-cu Polis Bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.
Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməkliyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Azərbaycan polisinin etimad ünvanı olduğunu, ona güvəndiklərini qeyd ediblər.
Namiq Musayev
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












